"Aİ-nin Ermənistandakı müşahidə missiyası göstərilən məqsədə xidmət etmir".

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbərinin sözlərinə görə, Aİ missiyası Ermənistanda rus sərhədçilərinin işi ilə yaxından maraqlanır: "Onlar etimad tədbirlərinin gücləndirilməsi ilə məşğul olmur, lakin hər zaman nə baş verdiyini, Rusiyanın nə etdiyini, hansı problemlərlə üzləşdiyini öyrənməyə çalışır". 

Lavrov deyib ki, bu məsələ dəfələrlə erməni tərəfdaşlarla müzakirə olunub: "Əgər biz bu münaqişənin tarixinə, başlanğıcına qədər davam etsək, onda hər addımda həm Ermənistan, həm də Azərbaycan tərəfində o qədər hərəkətlər toplanacaq ki, bu da açıq-aydın tərəqqiyə heç bir töhfə verməyəcək". 

Ağarza Elçinoğlu