Qrenlandiya adası saatda 30 milyon ton buz itirir.

“Unikal” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat verib.

Belə ki, NASA-nın Reaktiv Sürmə Laboratoriyasının əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk şəkilləri əsasında xəritə hazırlayıb. Demək olar ki, xəritədə bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsvir edilib.Tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər. Məlumatlar göstərib  ki, Qrenlandiya proqnozlaşdırılandan 20 faiz çox əriyir.Bundan əlavə, Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buz itirib.

Zərifə Nağıyeva