Livanda genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
O qeyd edib ki, hazırda İsrailin şimal bölgəsində Quru Qoşunlarının Təlim Mərkəzinin mütəxəssislərinin rəhbərliyi ilə ehtiyatda olan hərbçilərin iştirakı ilə hazırlıq işləri davam etdirilir: "Biz Livanda döyüş əməliyyatlarına hazırlığımızı gücləndirmək prosesindəyik".
Onun sözlərinə görə, İsrail Livanda aydın məqsədinə, yəni şimal icmalarının sakinlərinin öz ərazilərinə qayıtmasına nail olmağa çalışır.
Ağarza Elçinoğlu