İsrailin hərbi zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 24,6 mini keçib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra məlumat verib.
“İsrailin təcavüzü nəticəsində ölənlərin sayı Ötən il oktyabrın 7-dən indiyədək 24 620 nəfər artıb, 61 830 nəfər xəsarət alıb”, - deyə qurumun rəsmisi bildirib.
Əl-Qudra əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 172 nəfər ölüb, daha 326 nəfər yaralanıb.
O vurğulayıb ki, ölənlərin çoxunun cəsədləri dağılmış binaların dağıntıları altında və anklavın yollarında qalır, həkimlər hələ də onlara çata bilmirlər.