Son dörd ilin statistikası göstərir ki, Ermənistan silahlı qüvvələrində qeyri-döyüş şəraitində ölüm halları artıb.

"Unikal" xəbər verir ki, bunu Ombudsman Aparatının hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış bölməsinin rəhbəri Andranik Yeqoyan deyib.
Onun sözlərinə görə, 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64 hadisə qeydə alınıb.Özünə zərər vermə ilə bağlı da vəziyyət eynidir. 2020-ci ildə onların sayı 65, 2021-ci ildə 77, 2022-ci ildə 108 olub.
“Hərbi qulluqçuların dinc şəraitdə həlak olmasından danışanda ağlımıza nizam-intizamla bağlı məsələlər gəlir.
Qeyd edək ki, ictimai təşkilatların məlumatına görə, 2023-cü ildə 83 hərbi qulluqçu ölümü faktı qeydə alınıb.