Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Silahlı Qüvvələrinin Xarkovda əcnəbi döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin, o cümlədən fransızların da olduğu yerin dağıdılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya Silahlı Qüvvələri tərəfindən Xarkovda bir neçə onlarla fransızın da olduğu xarici döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsinin məhv edilməsi ilə əlaqədar Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə diplomat bildirib.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələri əksəriyyəti fransız olan xarici döyüşçülərin Xarkovda müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqliklə zərbə endirib. Zərbə nəticəsində 60-dan çox yaraqlı öldürülüb, 20-dən çoxu yaralanıb.

Nuranə Abbasova