İsveç İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırdı.

"Unikal" xəbər verir ki, dünən İsveçin Xarici İşlər Nazirliyi bildirib ki, İranın bu ölkədəki müvəqqəti işlər vəkili Məhəmməd Vəhidi XİN-ə çağırılıb. 

Məlumata görə, müvəqqəti işlər vəkilinə Tehranın İsveç vətəndaşlarını həbs etməsinə etiraz edilib və İranda həbsdə saxlanılan isveçlilərin dərhal azadlığa buraxılması tələb edilib. 

Qeyd olunub ki, İsveç Xarici İşlər Naziriliyi bəyanat yayaraq bildirib:
“Hökumət heç bir səbəb olmadan İranda saxlanılan İsveç vətəndaşlarının dərhal azadlığa buraxılması üçün yorulmadan çalışır”.

Xatırladaq ki, bundan öncə İsveç XİN yanvar ayının əvvəlində daha bir isveçlinin İranda həbs edildiyini açıqlamışdı.