2017-ci ildə Burak Özçivitlə ailə quran aktria Fahriye Evcen 1 yaşı tamam olan kiçik oğlu Kərəmin üzünü ilk dəfə göstərib.
"Unikal" xəbər verir ki, oğlunun doğum gününü qeyd edən Evcen, “Mən ona baxanda məni işıqlandıran, gülüşü ilə ağlımı alan, qoxusunu duyduqca içimdə çiçəklər açan gül ətirli oğlum” deyərək balaca Kərəmi atasına bənzədib.
Qeyd edək ki, cütlüyün Karan adlı daha bir oğlu var.