Rusiya prezidenti Vladimir Putin kosmosda beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsini dəyişib.

"Unikal" xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.

Rusiya Federasiyasının Qəhrəmanı, kosmonavt, Roskosmosun insanlı kosmik proqramlar üzrə icraçı direktoru Sergey Krikalev prezidentin xüsusi nümayəndəsi təyin edilib. Əvvəllər, 2022-ci ilin iyul ayından bu vəzifəni Roskosmosun rəhbəri Yuri Borisov tuturdu.

Sergey Krikalev 1958-ci ildə Leninqradda anadan olub. O, indiyədək mumi müddəti 803 gün olan altı kosmik uçuşu tamamlayıb. 

Nuranə Abbasova