Moldova gələn həftə ilk dəfə olaraq ABŞ- dan maye qaz alacaq.

“Unikal" bu barədə ölkənin energetika naziri Viktor Parlikovun yerli televiziyaya verdiyi açıqlamaya istinadən mılumat yayıb. 

Onun sözlərinə görə, Amerika LNG-si olan gəmi artıq Yunanıstanın Aleksandrupolis limanına gəlib və Moldova boşaldılandan sonra qazın ilk alıcılarından birinə çevriləcək.

Nazir qeyd edib ki, Amerika qazının qiyməti 1 min kubmetr üçün təxminən 30 avro təşkil edəcək.

Bundan əvvəl, 2023-cü ilin dekabrında Kişinyov və Afina təbii qazın, o cümlədən maye qazın tədarükü sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

2021-ci ilin noyabr ayından Moldova Qazprom ilə müqavilə əsasında Rusiya qazını alır. Bununla belə, 2022-ci ilin oktyabr ayından tədarük həcmi 5,7 milyon kubmetrə qədər azalıb. Ötən ilin dekabrından respublika Rusiya qazından istifadəni dayandırıb, bütün həcmini elektrik enerjisi müqabilində Dnestryanıya göndərib.