Qazaxda 13 yaşlı yeniyetmə qızılca xəstəliyindən dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndində baş verib.
Belə ki, Şabanzadə Nəzrin Fərrux qızı qıızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya aparan zaman yolda dünyasını dəyişib.
Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib. Həmin vaxt vəziyyəti çox ağır olub.
Xəstə müayinə edildikdən sonra Gəncəyə göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada qızılca xəstəliyinə yoluxmanın sayında xeyli artım var.
Tural Əhmədov