Şimali Koreyada 16 yaşlı iki gənc açıq hava stadionunda yüzlərlə tələbənin gözü qarşısında mühakimə olunub. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, onlar Cənubi Koreya seriallarına baxdıqları üçün 12 il ağır əmək cəzasına məhkum ediliblər. 

Yüzlərlə şagirdin gözü önündə onların qollarına qandal vurulub. 

Bundan əlavə, Şimali Koreya rəsmiləri gəncləri “səhvlərinin nəyə başa gələcəyini düşünmədiklərinə” görə danlayıblar.

Qeyd edək ki, Şimali Koreyada Cənubi Koreya seriallarına və musiqilərinə giriş qadağan edilib. Buna baxmayaraq, bəzi Şimali Koreyalılar böyük qlobal tamaşaçı kütləsi olan "K-drama"lara daxil olmaq üçün ciddi cəzalarla üzləşməyə hazırdırlar.

Digər tərəfdən, əvvəllər bu şəkildə qanunu pozan gənclər əmək düşərgələrinə göndərilir və cəza müddəti adətən 5 ildən az olurdu.

Bununla belə, 2020-ci ildə Pxenyan administrasiyası Cənubi Koreya seriallarına baxmağı və ya yayılmasını ölümlə cəzalandıran qanun qəbul edib. 

Nuranə Abbasova