ABŞ-ın İraq Kürdüstanındakı bazasına pilotsuz təyyarə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ-ın bölgədəki konsulluğunda həyəcan təbili çalıb.

Bildirilir ki, zərbə İraq Kürdüstanının paytaxtı Ərbil şəhərindəki hava limanı ərazisinə endirilib.

CNN-Arabic-in məlumatına görə , dekabrın 20-dən bəri şiə yaraqlıları ABŞ-ın Suriya və İraqdakı hərbi obyektlərinə altı hücum həyata keçirib. Oktyabrın əvvəlindən ABŞ bazalarına 90-dan çox hücum qeydə alınıb.

Bundan əvvəl şiə qrupları İraq və Suriyada ABŞ-ın 3 hərbi bazasına hücum etdiyini açıqlamışdı.