Çinin Sıçuan əyalətinin Qarze Tibet Muxtar Prefekturasında 1 milyon tona yaxın litium ehtiyatı aşkar edilib. Bildirilir ki, ehtiyat “Asiyanın ən böyük məlum peqmatit monomer litium ehtiyatıdır.

"Unikal" xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, Yaciang rayonunda aşkar edilən mineral ehtiyat Asiyanın ən böyük məlum peqmatit monomer litium qaynağıdır.

Çinin təbii sərvətlər naziri Vanq Quanqhua təxminən 1 milyon tona yaxın litiumun olduğu təxmin edilən ehtiyatın kəşfini “böyük irəliləyiş” kimi qiymətləndirib.

Günəş panellərindən tutmuş elektrik avtomobil akkumulyatorlarına qədər enerji saxlama vahidlərində istifadə edilən batareyaların istehsalında istifadə edilən litium, 21-ci əsrin ən strateji mədənlərindən biri olaraq görülür.

ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, dünya litiumunun təxminən 7 faizinin çıxarıldığı Çin bu sahədə Boliviya, Argentina, ABŞ, Çili və Avstraliyadan sonra 6-cı yerdədir.