Türkiyənin AKP Adıyaman Qadın Qolunun sədri Salihə Dilər Ankarada bələdiyyə başçı namizədlərinin irəli sürdüyü proqramda prezident Ərdoğanın əlini sıxmaqdan imtina edib.

"Unikal" xəbər verir ki, Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan Ankara Ticarət Palatasının (ATO) Konqresiumunda partiyasının Namizədlərin Təşviqi Toplantısına qatılıb. 48 vilayətin bələdiyyə sədrliyinə namizədlərini açıqlayan Ərdoğan tək-tək səhnəyə çağırılan namizədlər və əyalət bələdiyyə başçıları ilə əl sıxıb. 

Bu arada AKP Adıyaman Qadın Qollarının sədri Salihə Dilər prezident Ərdoğanın əlini havada qoyub. Canlı yayımdan anlar sosial şəbəkədə paylaşılıb.