Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandırdığı "Qaddar" serialına yeni aktyor daxil olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah "Fox" kanalında nümayiş olunacaq ekran işində Alper Çankaya rol alacaq.

O, layihədə "Enver" obrazına həyat verəcək.

Qeyd edək ki, aktyor hazırda "Ailə" serialında rol alır.