Ermənistan Silahlı Qüvvələrinin hərbçisi İstintaq Komitəsinin binasından tualetin pəncərəsindən atılaraq qaçmağa cəhd edib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, sıravi Mesrop Gevorkyana Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri kimi üzrlü səbəb olmadan 48 gün müddətində hərbi hissədə iştirak etməməsi ittihamı irəli sürülüb.

Nəşr qeyd edir ki, əsgər istintaq hərəkətləri üçün İstintaq Komitəsinin Sevan şöbəsinə aparılıb. Orada tualetə getməyi xahiş edib, çıxıb və pəncərədən qaçıb.

Ancaq onun qaçmaq cəhdi uğursuz olub. Bir müddət sonra o, İrəvanda tapılaraq Armavir cəzaçəkmə müəssisəsinə aparılıb.

Nuranə Abbasova