Gürcüstanın baş naziri İrakli Qaribaşvili İsrail Dövlətinin prezidenti İsaak Hersoqla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Məlumatan əsasən, tərəflər iki ölkə arasında səmərəli əməkdaşlığın dinamikasını müzakirə ediblər. Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan ilə İsrail dövləti arasında tərəfdaşlıq və dostluq əlaqələri həmişə yüksək səviyyədədir.

“Müzakirə olunan məsələlər arasında Yaxın Şərqdəki cari hadisələr də var idi. Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı törədilən terror aktlarını pisləyir. İrakli Qaribaşvili və İsaak Hersoq təhlükəsizlik baxımından çağırışlarla bağlı fikirlərini bölüşüblər”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, Gürcüstanın baş naziri ilə İsrail dövlətinin prezidentinin görüşü Davosda baş tutub.