38 yaşlı “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni maşının yanında fotosunu yayımlayıb.

"Unikal" xəbər verir ki, Gucci kostyumunda futbolçu Ferrari Purosangue qarşısında poza verib.

 Avtomobil 2022-ci ildə məhdud sayda satışa çıxarılacaq. Onun dəyəri təxminən 400 min dollardan başlayır.

Ronaldo beşqat “Qızıl top”un sahibidir. O, karyerası ərzində “Real Madrid”də oynayıb, klub tarixinin “Mançester Yunayted”, Turin “Yuventus”u və “Sportinq Lissabon” klublarının bombardiri olub.

2 yanvar 2023-cü ildə Ronaldo, ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub. 

Ötən mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib. Avqustun 12-də Ronaldo Əl-Nasr - Ərəb Çempionlar Kuboku çərçivəsində ilk kubokunu qazanıb.