BMT-nin baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

"Baş katib son vaxtlar İran və Pakistan arasında hər iki tərəfin itkiləri ilə nəticələnən hücum mübadiləsindən son dərəcə narahatdır. O, hər iki ölkəni daha da gərginliyin qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırır", - bəyanatda deyilir.

Quterreş əmindir ki, İran və Pakistan arasında “bütün təhlükəsizlik məsələləri” “suverenlik, ərazi bütövlüyü və mehriban qonşuluq münasibətləri prinsiplərinə uyğun olaraq sülh yolu ilə, dialoq və əməkdaşlıq yolu ilə” həll edilməlidir.

Nuranə Abbasova