Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) yenidən həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Bildirilib ki, musiqiçi Dominikan Respublikasında məişət zorakılığında ittiham olunur. Reper hazırda Santo Dominqo həbsxanasındadır. Onun istintaq zamanı həbsdə saxlanılıb-saxlanmayacağına yaxın vaxtlarda məhkəmə qərar verəcək.