Ermənistanda Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanması məsələsi gündəmdə deyil.

"Unikal" xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın İrəvandakı səfiri  Sergey Kopırkin deyib.

“Mən Ermənistan tərəfdən verilən rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz”, - Kopırkin Ermənistan hakimiyyəti tərəfindən Rusiyanın hərbi bazasının bağlanması və rus sərhədçilərinin çıxarılması ilə sualına cavab verərkən deyib.

O, Moskvanın da belə siqnallar almadığını vurğulayıb.

Gülayə Mecid