Venesuela prezidenti Nikolas Maduro ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsini (DEA) ölkəsində “çaşqınlıq” yaratmaqda ittiham edib. 

"Unikal" xəbər verir ki, paytaxt Karakasda keçirilən "Yeni Dövr Konqresi"ndə çıxış edən Maduro, CIA və DEA-nın Venesuelada şiddət, xaos və çevriliş planları qurmağa çalışdıqlarını və bunları Kolumbiyadakı DEA bazasında hazırladıqlarını bildirib. 

Keçən il Bolivar inqilabına qarşı “dörd sui-qəsdin” qarşısını aldıqlarını xatırladan Maduro, “Kolumbiya ordusunun kəşfiyyat agentləri DEA bazasında, yəni Kolumbiya ərazisindən Venesuelaya qarşı zorakılıq, terror, sui-qəsd və çevriliş planlaşdırır” deyib. 

Maduro Venesuelaya qarşı planlaşdırılan sui-qəsdlərin qarşısını almaq üçün “maksimum məsuliyyət” elan etdiklərini və ölkəsində zorakılığın yenidən canlanmasına imkan verməyəcəklərini bildirib. 

Gülayə Mecid