Səmimi açıqlamaları, mahnıları və səhnə şouları ilə tanınan Yıldız Tilbe Nişantaşıda görüntülənib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  jurnalistlərin obyektinə tuş gələn Tilbe onlara sərt reaksiya verib. 

Belə ki, məşhur müğənni səhhəti ilə bağlı verilən suallara əsəbiləşib. Jurnalistlərə cavab vermək əvəzinə onlara qışqıran Yıldız Tilbe “İnsanları əsəbiləşdirirsiniz. Siz eyni sualları verirsiniz. Bəsdir”, - deyib.