Məşhur reper Snup Doqqun qızı Kori Broadus ağır insult keçirdi.
"Unikal" xəbər verir ki, 24 yaşlı qız xəstəxanaya yerləşdirilib.
O, xəstəxana otağında çəkilmiş şəklini yayımlayaraq "Mənə bunu deyəndə ağlamağa başladım. Mənim cəmi 24 yaşım var. Keçmişdə buna layiq olmaq üçün nə etmişəm?” sözlərini yazıb.
İnsultun ona altı yaşında diaqnoz qoyulan lupus səbəb ola biləcəyi güman edilir. 2021-ci ildə Kori intihara cəhd etdiyini etiraf etmişdi.