“Səbail” komandası 2024-cü ilin ilk transferini reallaşdırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Keta ilə 1,5 illik müqavilə imzalanıb.
“Portu”nun yetirməsi olan oyunçu karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” komandalarının formasını geyinib. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının şərəfini qorumuş M.Keta hazırda Qvineya-Bisau millisinin üzvüdür.
Qeyd edək ki, futbolçu son olaraq, Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.