Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri edən "DAF" markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsü məsuliyyətə cəlb edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, idarəyə daxil olan məlumat əsasında araşdırma başlanılıb:
"Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 500 manat məbləğındə cərimə edilib".