Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə xarici görünüşü ilə bağlı müzakirələr aparanlara cavab verib.
"Unikal" xəbər verir ki, aparıcı xarici görünüşündə dəyişiklik etdiyi üçün onu qınayanlara keçmiş görüntülərini paylaşaraq ismarıc göndərib:
"Son zamanlar bir neçə saytlar və səhifələr qadınların, o cümlədən də mənim xarici görünüşümü daha çox müzakirə edirlər. Düşünürəm ki, əgər bu görünüşün arxasında intellekt, savad, dünyagörüşü, etik davranış, ailəsinə, cəmiyyətə verdiyi fayda dayanmırsa o gözəllik heçdir!
Bu video 90-cı illərin sonu, 2000- ci illərin əvvəlinə aiddir".