İstanbulun Esenyurt şəhərində qeyri-qanuni yollarla xaricdən gətirdikləri saçları protez düzəldən və satan xarici ölkə vətəndaşlarına qarşı İstanbul İl Jandarma qrupları tərəfindən əməliyyat keçirilib.

"Unikal" xəbər verir ki, əməliyyat zamanı bazar dəyəri 5 milyon lirə olan insan saçı götürülüb, iki xarici ölkə vətəndaşı saxlanılıb. İstanbul İl Jandarma qrupları, Esenyurtdakı bir anbarda xaricdən qeyri-qanuni yollarla gətirilən insan saçlarından protez saçların hazırlanaraq bazara çıxarıldığını təsbit edib. Sözügedən anbarda əməliyyat keçirən qruplar, şübhəlilərin 'pilləkənlərin altında' adlandırılan anbarda laboratoriya mühiti yaradaraq insan saçından protez saç istehsal etdiklərini müəyyən ediblər.

İstanbul İl Jandarma qrupları xarici ölkə vətəndaşlarının qeyri-qanuni yolla istehsal etdikləri protez saçları bazara çıxaracaqları xəbəri üzərinə hərəkətə keçib.Əməliyyat zamanı bazar dəyəri təqribən 5 milyon lirə olan 100 kiloqram insan saçı, protez saç istehsalında istifadə edilən bir çox material və qanunsuz istehsal etdikləri protez saçlardan qazanılan 20 min dollar ələ keçirilib.

Məsələ ilə bağlı saxlanılan HG və EH adlı xarici vətəndaşlar əməliyyatlardan sonra ədliyyəyə sövq edilib.

Digər tərəfdən, əməliyyatdan sonra aparılan araşdırmalarda xarici vətəndaşların 75 min ilə 150 ​​min lirə arasında olan qiymətlərlə öz onlayn alış-veriş saytı və protez saç tətbiqi ilə qanuni saç dizayn mərkəzi imici yaratdıqları müəyyən edilib.