20 yaşlı gənc dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, Şamaxı şəhəri Bakı küçəsi ev 93-də yaşayan 2004-cü il təvəllüdlü Əsədova Güllü Rasim qızı boğulma əlamətlərilə Şamaxı şəhər Mərkəzi Xəstəxanasına daxil olmuşdur.
Müayinə zamanı G.Əsədovanın yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub.
Xəstəxanada G.Əsədovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxanada davam etdirilir.
Seymur Əli