Əməkdar artist Niftulla Əsgərov 65 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, aktyor uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.