Kiyev Qərbin maraqlarını müdafiə etmək üçün öz vətəndaşlarını top yemi kimi ataraq döyüşləri dayandırsa, yüz minlərlə ukraynalının həyatı xilas ediləcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunmuş iclasında deyib.

"Ukrayna döyüşləri dayandırsa, nə baş verəcək? Bu gün Kiyev hakimiyyətinin Qərbin geosiyasi maraqları naminə küçələrdə, kilsələrdə mal-qara kimi ovlamağa çalışdığı yüz minlərlə insan mütləq canlarını xilas edəcəklər”, - deyə Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında çıxış edərkən deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri “Rusiyaya qarşı müharibədə Ukrayna xalqının heç bir maraqlarının olmadığı” faktına da diqqət çəkib.

“Yalnız anqlo-saksların, onların əlaltılarının və Qərbə qarşılıqlı məsuliyyətlə bağlı olan və bitəndən sonra ikinci gün süpürüləcəyindən qorxan cinayətkar, çürük Kiyev elitasının maraqları var”, - deyə Lavrov əlavə edib. 

Nuranə Abbasova