İrlandiyalı aktyor və “Bozun 50 çaları” serialının ulduzu Ceymi Dornan infarkt şübhəsi ilə Portuqaliyada xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Aktyorun dostu, teleaparıcı Qordon Smartın sözlərinə görə, aktyor zəhərli tırtıllarla təmasda olduqdan sonra problem baş verib. Həşəratlarla təmasdan sonra Dornan infarkt əlamətlərinə bənzər simptomlar yaşamağa başlayıb. Aktyor xüsusi aparata qoşulub. O, əzalarındakı uyuşmadan şikayətlənib.

Nuranə Abbasova