Rusiya ordusunun bu gün səhər Ukrayna ərazisini raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, daha 40 nəfər isə yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.
Onun sözlərinə görə, 2 binaya və bir neçə avtomobilə ziyan dəyib.
***10:05
Yanvarın 23-də səhər saatlarında Kiyevdə silsilə partlayışlar baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko öz "Telegram" kanalında məlumat verib.
“Şəhərdə partlayışlar! Sığınacaqlarınızı tərk etməyin!”, - mer yazıb.
O, başqa təfərrüatları açıqlamayıb. Hadisədən Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.