Ernəni rejissor Maykl Qurcyanın daha əvvəl “Oskar”ın qısa siyahısına düşmüş “Amerikalı” filmi namizədlər siyahısından çıxarılıb.
"Unikal" xəbər verir ki, filmin dünya premyerası 2022-ci ildə XIX Beynəlxalq “Qızıl ərik” kinofestivalında baş tutub. 2023-cü il dekabrın sonunda onun Oskarın qısa siyahısına daxil olduğu məlum olub.
“Amerikalı” 2022-ci ildə çəkilmiş, Ermənistan və ABŞ-ın birgə istehsalı olan filmdir.