Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi Komissiyasının (AİK) Kollegiyasının yeni tərkibində işə başlayan Maksim Yermoloviçi administrasiyası rəhbərinin müavini vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Maksim Yermoloviç Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsindən azad edilib. O, AET-də Rəqabət və Antiinhisar Tənzimləmə Kollegiyasının üzvü (nazir) vəzifəsini icra edəcək", - məlumatda deyilir.

Həmçinin Valentin Tataritski Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib. O, AET-nin Texniki Tənzimləmə Kollegiyasının üzvü (nazir) vəzifəsində çalışacaq.