Fələstin İsrailə və şəxsən ölkənin baş naziri Binyamin Netanyahuya qarşı sanksiyaların tətbiqinə çağırır.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.

"İsrailin Fələstində edə biləcəyi işlərin hədləri olmalıdır. Cəzasızlığa son qoyulmalı, cavabdehlik olmalıdır. Əgər bu lazımdırsa, niyə sanksiyalar olmasın? Baş nazir Netanyahudan başlayaraq İsrailə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq." , - Əl-Maliki bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, döyüşləri dayandırmaq üçün İsrail “münasibətini dəyişməli, Fələstin ərazisinin işğal oluna biləcəyini, onun məhv edilə biləcəyini düşünməyi dayandırmalıdır”. Jurnalistlərin müvafiq sualını cavablandıran əl-Maliki qeyd edib ki, o, Lavrovla Rusiyanın Fələstinlərarası danışıqların təşkili və ya İsraillə birbaşa təmasların təşkili üçün mümkün addımlarını müzakirə etməyib.