Havaların kəskin soyuması ilə əlaqədar "Azəriqaz" İB rəhbərliyinin canlı yayımı keçiriləcək.
"Unikal" xəbər verir ki, yanvar ayının 25-də saat 12:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İB rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.
Siz qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərinizi edə bilərsiniz.