İstanbul kilsəsinə hücumla bağlı saxlanılanların sayı 51 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan 23-ü vətənlərinə deportasiya olunacaq.

Hücum edənlərin Polşa qeydiyyat nömrəli avtomobildən istifadə etdikləri qeyd edilir.  

***09:38

Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada 47 nəfəri, o cümlədən Rusiya və Tacikistan vətəndaşını saxlayıb.  

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat yayıb. 

Bildirilir ki, istintaq çərçivəsində 30 ünvanda əməliyyat keçirilib. Yerlikayın sözlərinə görə, saxlanılanlardan bəzilərinin “İslam Dövləti” terror təşkilatı ilə əlaqəsi ola bilər.

Türkiyənin daxili işlər naziri hüquq-mühafizə orqanlarının başlatdığı “geniş miqyaslı araşdırma” barədə danışıb. Prezident Rəcəb Tayyib Ərdoğan cinayətkarların tez bir zamanda tutulması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Gülayə Mecid