Türkiyə Super Liqasında 23-cü turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, son çempion “Qalatasaray” doğma meydanda “Qaziantep”i qəbul edib.
Oyunda hesabı qonaqlar açıblar. 29-cu dəqiqədə Kızıldağ qapını dəqiq nişan alaraq komandasını önə çıxarıb. Lakin “aslanlar” ikinci hissədə oyunun axarını dəyişməyi bacarıblar. 72-ci dəqiqədə Zaha hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Yılmaz “cim-bom”un qələbə topunu vurub - 2:1.
Bu nəticədən sonra Okan Burukun yetirmələri lider “Fənərbağça” ilə xallarını eyniləşdirərək 60-a çatdırıblar. “Qaziantep” isə 23 xalla 17-cidir.