Yaponiyanın baş naziri Fumio Kişida çıxışında Yaponiya hakimiyyətinin Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə arasında münasibətlərdə vəziyyət hazırda kifayət qədər ağırdır.

“Lakin Yaponiya ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş kursa qətiyyətlə sadiq qalır”, - deyə siyasətçi bildirib.

Kişida bu istəyə baxmayaraq, Yaponiyanın Rusiya əleyhinə sanksiyaları dəstəkləməyə və Ukraynaya kömək etməyə davam edəcəyini qeyd edib.