Ermənistan İstintaq Komitəsi İrəvanda mühasirədən çıxmış Leninqrad uşaqlarına həsr olunmuş abidənin təhqir olunması ilə bağlı cinayət işi açılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb. O bildirib ki, hadisənin hansı şəraitdə baş verdiyini müəyyən etmək üçün ilkin araşdırma aparılır. Cinayətkarın şəxsiyyəti müəyyən edilib.

Qeyd edək ki, hadisəni törədən şəxs Samvel Şirinyandır. 

Nuranə Abbasova