İsveçrə Almaniyaya doqquz "Leopard 2" tankı göndərib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, söhbət 25 döyüş maşınının ilk partiyasından gedir. Rəsmi Bern bu tankların Ukraynaya verilməyəcəyini vurğulayıb.

Qalan tankların göndərilməsi üçün daha iki oxşar əməliyyat yanvarın 31-nə qədər həyata keçiriləcək.