Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

"Unikal"ın məlumata görə, hadisə şəhər mərkəzindəki kafelərdən birində baş verib. Mübahisə və münaqişə zəminində 1982-ci il təvəllüdlü Nofəl Həbibov bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Toğrul İsmayılov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və hazırda araşdırma aparılır.

Ehtiram Muradov