Fevral ayının 2-də “TikTok”er Aysunun məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilən Mirişli Aysun Ədalət qızının məhkəmə prosesi Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayında "TikTok"da "axundova_302" adı ilə tanınan Aysun Mirişli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan Aysun Mirişli hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etsə də, hakim bunu sübut edəcək sənədin olmadığına görə seçilmiş qətimkan tədbirini dəyişdirməyib.
Azər İsrafilov