Mingəçevir şəhərində 67 yaşlı qadın dəm qazından zəhərlənib. 

"Unikal"ın məlumatına görə, hadisə Günəşli fərdi yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.

1957-ci il təvəllüdlü Babəliyeva Şəfiqə Səfərəli  qızı yaşadığı evdə dəm qazından zəhərlənərək halsız duruma düşüb.  Yaşlı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov