Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü hərbçi Nəbiyev Hakim Hüseyn oğlu hamam otağında dəm qazından zəhərlənib.
Daha sonra o, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov