Balakəndə 4 otaqlı ev tamamilə yanıb.
"Unikal" xəbər verir ki,yanğın, rayonun Qazma kəndində baş verib.Yanğın yerinə Balakən Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.
Yanğın zamanı kənd sakini 1957-ci il təvəllüdlü Yüzbaşiyeva Səlihət İbey qızına məxsus ümumi sahəsi 120 k/m olan 4 otaqlı yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğının yaxınlıqdakı tikililərə kecməsinin qarşısı alınıb.
Xəsarət alan olmayıb.
Seymur Əli