Yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, yeniyetmənin döyülməsi ilə bağlı araşdırma aparılır. Əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi məqsədilə müvafiq tədbirlər keçirilir.
XXX
20:46
Mingəçevirdə 16 yaşlı yeniyetmə bir neçə nəfərin hücumuna məruz qalıb.
"Unikal"ın məlumatına görə hadisə "Dostluq"parkı hüdudlarında baş verib. İlkin məlumata görə, bir neçə nəfərin hücumuna məruz qalan 2008 -ci il təvəllüdlü Bələmədli Yusif Afiq oğlu müxtəlif bədən xəsarətləri alıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə yeniyetmənin cənə sümüyünə də ciddi xəsarətlər yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov