3-4 fevral tarixlərində ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.